Skip to content Skip to sidebar Skip to footer

Avtomobil nəqliyyatı, logistika sahəsində çevikliyi və sürəti ilə önə çıxan əsas nəqliyyat növüdür. Şəhərlərarası və qısa məsafəli yük daşımalarında geniş istifadə olunan avtomobil nəqliyyatı, yüksək manevr qabiliyyəti və çoxfunksiyalılığı ilə fərqlənir. Avtomobil nəqliyyatı müxtəlif yük növlərinin daşınması ilə əlaqədar olaraq özünəməxsus avadanlıqlarla təchiz edilir. Bu da spesifik və fərdi logistika ehtiyaclarını qarşılayır.
Bu nəqliyyat növü kiçik və orta həcmli yüklərin daşınmasında daha çox üstünlük təşkil edir. Yüksək adaptasiya imkanları sayəsində təhlükəli yüklərin, tez xarab olan malların, rejimli yüklərin və hətta donmuş məhsulların daşınması asanlıqla həyata keçirilir. Xüsusilə, sistern daşımaları vasitəsilə maye məhsulların daşınması, xüsusi avadanlıqlar və təhlükəsizlik standartlarına uyğun şəkildə təşkil olunur.

Beynəlxalq daşımalar üçün avtomobil nəqliyyatından istifadə, ölkələrarası sərhədlərdə, o cümlədən Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstana yüklərin operativ çatdırılmasını təmin edir. Bundan əlavə, İran üzərindən tranzit daşımaları, həmçinin Gürcüstan və Türkiyə istiqamətində logistika əməliyyatları avtomobil nəqliyyatının səmərəliliyini artırır. Avtomobil nəqliyyatı multimodal daşımaların bir hissəsi kimi də istifadə olunur ki, bu da logistika proseslərini daha optimallaşdırılmış edir.

“Sky Logistics and Expedition Services” MMC şirkəti Avropa, MDB (Rusiya, Qazaxıstan,Özbəkistan Türkmənistan, Qırğızıstan və s),Yaxın Şərq (Türkiyə,İsrail, İran və s) və Baltik ölkələrinə LTL, FTL, multimodal daşınmalar üzrə nəqliyyat həlləri təqdim edir. Bizim
xidmətlərimiz yüklərin etibarlı,təhlükəsiz şəkildə idxalını,ixracını təmin etmək və optimal daşınma marşrutunu hazırlamaqla müxtəlif regionlarda fəaliyyət göstərən şirkətlərin ehtiyaclarını ödəməyə yönəldilib. Bildiyimiz kimi,təhlükəli yüklərin daşınması xüsusi icazə və lisenziya tələb etdiyinə görə bunu ixtisaslaşmış sürücülərimizə həvalə edirik. Xüsusi katerqoriyadan (tez xarab olan, donmuş yüklərin) rejimli (ref) maşınlarımızla daşınması ilə yanaşı, eyni zamanda iri qabaritli və ağır çəkili yüklər üçün də sizlərə yüksək səviyyədə xidmələr göstərə bilirik. Keyfiyyət və müştəri məmnuniyyətinə fokuslanaraq, şirkət bu əsas bazarlarda avtomobil nəqliyyatında etibarlı tərəfdaşınızdır.