Dəmiryolu Nəqliyyatı
Skylogistics şirkəti, avtomobil nəqliyyatı https://skylogistics.az/az/services/avtomobil-n%c9%99qliyyati/ ilə yanaşı, yüksək daşınma tutumuna, enerji qənaətinə və ekoloji üstünlüklərə malik Dəmiryolu nəqliyyatı xidmətləri təklif edir. Bu xidmət, iri həcmli və ağır yüklərin, neft və maye yüklərin təhlükəsiz və səmərəli şəkildə uzun məsafələrə daşınmasını təmin edir.
Şirkətimiz, Dəmiryolu Nəqliyyatı sahəsində peşəkar yanaşması ilə yüklərin daşınması prosesini maksimum operativ və effektiv şəkildə təşkil edir. Anbarımızda geniş dalan yolu və yüksək tutumlu kranlar vasitəsilə, iri həcmli yüklərin təhlükəsiz və sürətli şəkildə yüklənməsi təmin edilir. Bu, müştərilərimizə həm vaxt, həm də maliyyə baxımından qənaət etməyə kömək edir.
Xidmətin Əsas Üstünlükləri:
- Effektiv anbar xidməti: Yüklərin təhlükəsiz və uzunmüddətli saxlanması üçün uyğun şərait.
- Yüksək məhsuldarlıq: Təcrübəli işçi heyəti və müasir avadanlıqların istifadəsi ilə sürətli və etibarlı xidmət.
- Ekoloji üstünlüklər: Dəmiryolu nəqliyyatı ilə enerji qənaəti və ətraf mühitin qorunması.
Şirkətimizdə iki fərqli anbar mövcuddur:
- I Anbar: 1400 m² sahə və maksimum 2000 pallet tutumu.
- II Anbar: 2000 m² sahə və təxminən 2500-3000 pallet tutumu.
Çin-Azərbaycan Dəmiryolu Daşımaları:
Skylogistics, Çindən Azərbaycana dəmiryolu ilə yük daşımalarını yüksək peşəkarlıqla həyata keçirir. Bu prosesdə multimodal nəqliyyat https://skylogistics.az/az/services/multimodal-n%c9%99qliyyat/ və müasir texnologiyalar istifadə edilir. Yükün yüklənməsi və boşaldılması, təhlükəsizlik standartlarına uyğun şəkildə təşkil olunur və xidmət müddəti 20-25 gün arasında dəyişir.
Daşınma Xidmətlərimiz:
Xüsusi təyinatlı yüklər üçün təhlükəsizlik tədbirləri.

