Skip to content Skip to sidebar Skip to footer

Dəniz nəqliyyatı beynəlxalq ticarətdə kütləvi yüklərin daşınması üçün daha səmərəli nəqliyyat növüdür. Bu nəqliyyat növü yüksək tutumlu gəmilərlə (Məs.,RO-RO) iri qabaritli və xüsusi təyinatlı yüklərin daşınması, sənaye və tikinti sektorlarında tələb olunan ağır texnikaların və hərəkət edən nəqliyyat vasitələrinin və digər əhəmiyyətli yüklərin dünya üzrə daşınmasında əhəmiyyətli rola malikdir.

Dəniz nəqliyyat növünün ən böyük üstünlüyü yüklərin minimum xərclərlə, səmərəli şəkildə daşınmasını təmin etməkdir. Dəniz limanlarının müasir infrastrukturla təchiz olunması və beynəlxalq gömrük qaydalarının düzgün tətbiqi, dəniz nəqliyyatı operativ işləməsinə mühüm töhfə verir. Ələt limanı bu prosesdə ən vacib rola malikdir. Azərbaycanın nəqliyyat-logistika sahəsində strateji mərkəzi olan Ələt Azad İqtisadi Zonasının (ƏİZ) yerləşdiyi coğrafi mövqe və təklif etdiyi müasir infrastruktur onu regionun əsas tranzit yük daşımalarında, ticarətin inkişafında başlıca rola çevirmişdir. Gəmilərlə gələn yüklərə Ələt limanında şirkətimiz tərəfindən anbarlaşdırılma, gömrük rəsmiləşdirilməsi, yüklərin fiziki bölüşdürülməsi və.s kimi xidmətlər göstərilir.


Ələt Bandar Abbas, Poti və digər əsas limanlar üzərindən tranzit daşımaların təşkilində, Azərbaycanın logistika sektorunda mühüm yer tutur. Ələt limanı Xəzər regionunda beynəlxalqticarətin əsas qovşaqlarından biri kimi çıxış edir. Bandar Abbas limanı İranın strateji limanlarındanbiri olaraq Asiyadan Yaxın Şərqə və Avropaya nəqliyyat axınlarının mərkəzində yerləşir. SkyLogistics bu limanlar üzərindən keçən daşımalar zamanı multimodal nəqliyyat https://skylogistics.az/az/services/multimodal-n%c9%99qliyyat/ həlləri təqdimedərək, müştərilərinə rahat və təhlükəsiz tranzit imkanı yaradır. Bu proseslərdə beynəlxalq ticarətqaydalarına uyğun sənədləşdirmə, gömrük rəsmiləşdirilməsi, yüklərin izlənməsi və müvafiqtexnoloji həllər tətbiq edilir.

Dəniz nəqliyyatının bir hissəsi konteyner daşımaları olduğuna görə şirkətimiz müasir texnologiyalardan istifadə edərək müştərilərinin biznes ehtiyaclarını qarşılamaqdan ötrü yenilən innovativ həllər təqdim etməklə qlobal ticarətdə effektivliyini artırılması üçün daim çalışır.

Konteyner daşımalarımız Çin, İran (İrandan və İran üzəri daşımalar, Bandar Abbas limanı), Gürcüstan (Poti üzəri daşımalar) və digər əsas limanlar vasitəsilə həyata keçirilir. Təcrübəli və peşəkar komandamız, geniş liman şəbəkəmiz və etibarlı tərəfdaşlarımız vasitəsilə mallarınızı hər istiqamətdə təhlükəsiz və vaxtında çatdırır. Bizim xidmətlərimiz konteyner daşımaları, layihə yük
daşımaları, hava-dəniz inteqrasiyası və digər fərdi tələblərə uyğun nəqliyyat həlləri təklif edir.