Hava nəqliyyatı yük daşımalarında digər nəqliyyat növlərindən fərqləndirən ən əsas meyarlardan biri sürət və təhlükəsizlikdir. Nəqliyyat və Logistika sektorunda hava nəqliyyatı daim inkişaf etməkdə olan və ən çox tələb edilən nəqliyyat variantlarından biri hesab edilir. Hava nəqliyyatının yük götürmə qabiliyyətinin artırılması, beynəlxalq ticarətin geniş vüsət alması, logistik daşımaların optimallaşdırılması,planlanması və daşıma xərclərinin azaldılması ilə bağlı görülən tədbirlər daşımaların bu nəqliyyat növü ilə həyata keçirilməsinə zəmin yaratmışdır. Bu nəqliyyat növü kiçik həcmli, qiymətli, tez xarab olan, təcili yüklərin daha uzaq məsafələrədaşınmasında başlıca rola malikdir.
Nəqliyyatın digər növləri ilə müqayisədə hava nəqliyyatı müəyyən üstünlüklərə malikdir. Bu
üstünlüklər aşağıdakılardan ibarətdir:
➢yüksək çatdırma sürəti;
➢qısaldılmış hava yolu (bu, yüklərin təyinat yerinə çatdırılmasında vaxta qənaət olunmasına
mühüm təsir göstərir);
➢hava limanları arasında kommunikasiya şəbəkəsinin tikintisinə ehtiyacın olmaması (bu, hava
daşımalarının təşkilolunma vaxtını və məsrəfləri azaldır);
➢hava daşımalarının tez təşkil olunması və s.
Hava nəqliyyatında tranzit daşımalar, yükün birbaşa başlanğıc nöqtəsindən təyinat nöqtəsinə
çatdırılmadığı, lakin tranzit məntəqəsi vasitəsilə daşındığı logistika prosesidir. Hava logistikasında
tranzit daşımalar aşağıdakı əsas anlayışları əhatə edir:
1. Tranzit Məntəqəsi
• Bu, yükün müvəqqəti saxlanıldığı və digər reysə yönləndirildiyi hava limanıdır.
• Tranzit məntəqələri, beynəlxalq uçuşlar üçün tez-tez böyük və strateji hava
limanlarında yerləşir.
2. Yenidən Yükləmə (Rekonsolidasiya)
• Yük tranzit məntəqəsinə çatdıqdan sonra, digər təyinat nöqtəsinə yönləndirilmək
üçün yenidən yüklənir və ya bölünür.
• Bu prosesdə yüklərin təhlükəsizliyi və izlənməsi çox önəmlidir.
3. Gömrük Rəsmiləşdirilməsi
•Tranzit yüklərin düzgün rəsmiləşdirilməsi üçün gömrük prosedurları həyata keçirilir.
• Gömrük nəzarəti tranzit zamanı yükün qanunsuz yüklərdən azad olmasını təminedir.
4. Tranzit Vaxtı
• Yükün tranzit məntəqəsində saxlanılma müddəti çox qısa olur, çünki vaxtında
çatdırılma hava nəqliyyatının əsas üstünlüyüdür.